AZ

Medvedev bayram təbrikində Zelenskini “unutmadı” – FOTO

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əhalini 1 May bayramı münasibətilə təbrik edəndə belə Ukraynanın dövlət başçısını unuda bilməyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, teleqram kanalında “1 Mayınız mübarək!” yazan rusiyalı siyasətçi təbrikin altında Hitlerin əvəzinə Volodimir Zelenskinin olduğu plakatı da yerləşdirib.

Медведев

Sovet dövrünün bayağı plakatlarını xatırladan təsvirdə rus fəhləsinin əlində çəkiclə nasist geyimində olan Zelenskinin üzərinə getdiyi təsvir olunub. Ukrayna prezidentinin üzərinə həm də mərmilər uçur. Bu plakat “Çəkicin hər zərbəsi düşmənə zərbədir” sözləri ilə müşayiət olunub.

Qeyd edək ki, Zelenski milliyyətcə yəhudidir və onun Hitlerin obrazında verilməsi əslində yəhudi xalqına təhqirdir.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla