AZ

Tokayev Azərbaycan və Ermənistanın Almatıda danışıqlar keçirmək barədə razılaşmasını alqışlayıb

Astana. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan vəErmənistanın Almatıda danışıqlar keçirmək barədə razılaşmasınıalqışlayıb.

Trend"Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanprezidentinin Azərbaycan və Ermənistan arasında Almatıdakeçiriləcək danışıqlar prosesinə dair bəyanatında deyilir.

"Azərbaycan Respublikası və Ermənistan RespublikasınınQazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh sazişininhazırlanması üzrə xarici işlər nazirlərinin danışıqlar keçirməkbarədə razılaşmasını alqışlayıram.

Bu mühüm tədbirin 1991-ci ilin dekabr ayında MDB ölkələrininmüstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarasısərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiqləyən tarixiAlma-Ata bəyannaməsinin imzalandığı Almatıda keçirilməsisimvolikdir.

İnanıram ki, qarşıdakı görüş Azərbaycan-Ermənistanrazılaşmalarının praktikada reallaşdırılacağına xidmət edəcək vəCənubi Qafqazda tezliklə möhkəm və uzunmüddətli sülhün bərqərarolmasına imkan yaradacaq", - bəyanatda deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla