AZ

Nevroloq demansın inkişafının bilinməyən əlamətlərini sadalayıb

Proqressiv demans yaddaş itkisi və problemləri həll etmək qabiliyyətinin azalması ilə asanlıqla müəyyən edilir. Bununla belə, bu xəstəliyin mövcudluğunu da göstərə biləcək bir sıra qeyri-aşkar əlamətlər var.


Aztibb.az xəbər verir ki, bu barədə “İzvestiya”ya nevroloq Andrey Çeremuxin məlumat verib.


“Beləliklə, qeyri-normal yeriş damar demansının inkişafını göstərə bilər. Qan dövranının zəif olması səbəbindən hərəkətlərin koordinasiyası itir: yeriş titrəyir, qeyri-sabit olur, bədən irəliyə doğru yönəlir, başgicəllənmə baş verə bilir”, - deyə həkim qeyd edib.


Başqa bir əlamət sosial qarşılıqlı əlaqəni adekvat qiymətləndirmək bacarığının pozulmasıdır. İnsanlar zarafatları sözün əsl mənasında qəbul edə və ya gizli niyyətləri başa düşə bilmirlər. Bəzi hərəkətlərin rasionallığı itir: məsələn, qeyri-adekvat məbləğə bir şey almaq və ya ümumiyyətlə lazım olmayan bir şey almaq. Yaxud həddindən artıq yeməyə başlama demnasa işarədir.


“Frontotemporal demansda qidalanma ehtiyaclarının qəbulu dəyişir. Böyük Britaniyada Alzheimer araşdırmasına görə, çoxlu karbohidratlı yağlı və şəkərli qidalar yemək istəyi artır. Mütənasiblik hissi itir. Bu, təkcə yemək və spirtə deyil, digər pis vərdişlərə də aiddir”, - deyə nevroloq əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla