AZ

Keçmiş məhkum evlərdən mobil telefonlar oğurladı

Bakı. Trend:

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxssaxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyininmətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran şəhəri ərazisində yerləşən evlərdənbirindən iki ədəd "İphone" markalı mobil telefonun oğurlanmasıbarədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəlicinayətlərə görə əvvəllər məhkum olunmuş Abdulla AbdullayevLənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə saxlanılıb.

Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşəndigər bir evdən də "Samsung" markalı mobil telefon oğurladığımüəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
az.trend.az

1Mənbələr