AZ

ABŞ-də F-16 təyyarəsi QƏZAYA uğrayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ-nin Nyu-Meksiko ştatındakı Holloman aviabazasının yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilib ki, insident yerli vaxtla saat 11:50 (Bakı vaxtı ilə 21:50) radələrində “Uayt Sends” milli parkının yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız pilot olub. O, vaxtında katapult edib, ona tibbi yardım göstərilir. Onun sağlamlıq durumu barədə məlumat verilməyib.

Hadisənin baş vermə səbəbləri açıqlanmayıb. Telekanal vurğulayıb ki, bu son yarım ildə üçüncü F-16 qəzasıdır.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla