AZ

“Fransa gəlib bizi qorumayacaq, İran isə dostumuz olsa da, çox, zəifdir”

“Ermənistanla Avropa İttifaqı arasında sıx münasibətlər prosesinin alternativi yoxdur. Strateji tərəfdaşımız Rusiya ilə heç bir günahımız olmadan münasibətlərimiz pozulduğu andan Qərb, Aİ və ABŞ-la əlaqələri gücləndirmək məcburiyyətində qaldıq”.

KONKRET.az xəbər verir ki, bu fikri politoloq Davit Stepanyan Ermənistanla Avropa İttifaqı arasında inkişaf edən münasibətləri şərh edərkən bildirib.

“De-yure adi Rusiyanın təhlükəsizlik arxitekturasının hüdudlarında olsaq da, ölkəmiz faktiki olaraq istənilən təhlükəsizlik arxitekturasından kənarda qalıb, ona görə də Azərbaycanla problemlərin həlli yolunda Aİ ilə əməkdaşlıq bizim üçün prioritetdir. Aprelin 5-də Brüsseldə əldə olunan razılaşmalar bizim üçün xoşdur, çünki başqa alternativimiz yoxdur”, – deyə Stepanyan bildirib.

Politoloqun fikrincə, bu münasibətlərdə təhlükəsizlik komponentinin gücləndirilməsi baxımından görülən işlər (silahların tədarükü, təlimatçıların dəstəklənməsi, ordunun ilk növbədə Qərb texnologiyaları ilə modernləşdirilməsi) son dərəcə vacibdir.

“İran və İsrail arasında son qarşılıqlı raket hücumlarından aydın şəkildə göründü ki, bu gün geosiyasətdə Qərb texnologiyaları dəbi diqtə edir. İran 300-dən çox ballistik raket və pilotsuz uçan aparat atıb, lakin onların əksəriyyəti havada vurulduğu üçün hədəfə çata bilməyib və bu, Qərbin müdafiə texnologiyalarının birmənalı üstünlüyünü sübut edib. Bizə belə texnologiyalar lazımdır ki, ordumuz daha da güclənsin.

Fransız legionlarının Ermənistana gələrək bizi düşmənimizdən azad edəcəkləri ilə bağlı heç bir illüziyam yoxdur, lakin bizə Avropa hərbi universitetlərində texnologiya, təlimatçı və hərbi təhsil almaq imkanının verilməsi faktı belə olacaq. Bu, sözsüz ki, ölkəmizin müdafiə qabiliyyətini artırır”, – həmsöhbətimiz qeyd edib.

Stepanyanın sözlərinə görə, avropalı müşahidəçilərin Ermənistandakı fəaliyyəti mühüm təhlükəsizlik komponentidir və onların iştirakı şübhəsiz müsbət addımdır.

“Aİ-nin müşahidə missiyasının mandatı artıq iki il uzadılıb. Rəhbərliyimiz müşahidəçilərin mandatını daha iki il uzatmaq istəyir. Görünən odur ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası zamanı həmin monitorinq qrupunun missiyasına ehtiyac qalmayacaq, lakin biz görürük ki, Azərbaycanla sərhədin delimitasiyası olub-olmamasından asılı olmayaraq, bu öhdəlik çox vacibdir. Bununla belə Ermənistanda müşahidəçilər işləməlidir. O da faktdır ki, onlar gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədində hər hansı genişmiqyaslı eskalasiya baş verməyib”, – deyə Stepanyan bildirib.

Politoloq əlavə edib ki, Ermənistan-Aİ münasibətlərinin yaxınlaşması üçüncü ölkəyə, xüsusən də İran İslam Respublikasına qarşı yönəlməyib.

“İran bizim üçün dost ölkədir və istənilən halda bizim Qərblə münasibətlərimizin hər hansı təzahürü İrana və onun maraqlarına qarşı yönəlməməlidir. Ölkəmizin rəhbərliyi daim İran rəhbərliyi ilə birbaşa təmasdadır və ölkələrimiz arasında heç bir açıq məsələ yoxdur”, – deyə politoloq vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24594
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13985
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12598
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9714
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6750
Rəisi öldü, Pakistanda matəm elan edildi
6366
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5870
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5649
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5423
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4135
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4112
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3940
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3720
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3583
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3220
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2852
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797