AZ

Bu gündən sağlamlıq haqqında tibbi arayışlar elektron şəkildə veriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlarvətəndaşlara elektron şəkildə təqdim olunacaq.

Trend xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələriniİdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, işə qəbul olunanlar və ali məktəblərə,kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıqhaqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdimedilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış elektronşəkildə təqdim olunacaq.

​Vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməliolduqları proses bunlardır:

Tibb müəssisəsinə ilkin müraciət

Laborator analizlərin verilməsi

Həkim qəbullarından keçmək

​Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdənəldə edilməsi

Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilənmüəssisəyə təhvil verilməsi.

​Daha sonra istifadəçilər “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraqqeydiyyatdan keçməlidirlər.

​“Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsiləsağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışlarıelektron əldə edə biləcəklər.

​Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılanveb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatlarınyoxlayaraq PDF formatı yükləyə biləcəklər.

Seçilən
178
49
Mənbələr
Şərh ()
Bağla