AZ

Universitetlərimizdə saqqallı tələbələrlə bağlı konkret həll yolu hələ tapılmayıb...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

Zaman-zaman yerli ali təhsil müəssisələrində tələbələrə geyim və xarici görünüşlə bağlı qadağaların tətbiq edilməsi mövzusunda narazılıqlar səsləndirilir. 

Son olaraq Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Məlumata görə, saqqal saxlayan oğlanlar dərsə buraxılmayıb. 

Bakı Biznes Universiteti: “Bu, Universitetin daxili qaydasıdır”

Məsələ ilə bağlı Universitetin Mətbuat Xidmətindən bildirildi ki, bu, Bakı Biznes Universitetinin daxili qaydasıdır və ildə bir neçə dəfə tələbələrə belə bir xəbərdarlıq edilir. Dərslərə isə heç bir maneə törətmir.

Hüseyn Axundov: “İnsanların seçiminə hörmətlə yanaşılmalıdır, bu, insanların azadlığı çərçivəsində olan məsələdir” 

Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, insanların seçiminə hörmətlə yanaşılmalıdır. Bu, insanların azadlığı çərçivəsində olan məsələdir. Buna heç kəs müdaxilə edə bilməz. Şəxsi azadlıq aspektindən toxunulmazdır. Bu heç dini məsələ də deyil. Bəzi insanlar var ki, sadəcə saqqal saxlamağı xoşlayır. Tələbənin buna görə universitetə buraxılmaması yolverilməzdir: “Ali təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar tərbiyə etməkdir. Bu zaman universitetin qarşısına qoyduğu ən böyük vəzifə həm də təlim-tərbiyə işini yerinə yetirməkdir”.

Kamran Əsədov: “Universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozur” 

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozur: “Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi doğru deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir. Düzdür, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetin təhsilalanların geyim formasını Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma bu o deməkdir ki, geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda, ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri “Təhsilalanların daxili intizam Qaydaları” ilə tənzimlənir. Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əməl etməyə borcludurlar. Qadağalar təhsilin inkişafı üçün, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu əsaslandırılmış olmalıdır".

Günel CƏLİLOVA





Seçilən
66
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
554
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
479
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
437
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
405
Azərbaycanda bu məhsul bahalaşdı
399
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
353
Helikopter qəzası ilə bağlı yeni xəbər
325
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
315
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
313
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
309
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
299
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
299
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
297
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
266
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
255
Həlak olan şəxslər sabah dəfn olunacaq
244
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
239
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
203
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
200
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
165