AZ

Hraç Varjapetyan: “Fransa qırmızı xətti keçdi”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Artıq ərazi bütövlüyündən əl çəkirsənsə, Fransa və ya başqa bir ölkə səni heç vaxt dəstəkləyə bilməz. Ermənistanın ərazi bütövlüyünü pozmaq Paşinyanın səlahiyyətində olduğu halda, nə Fransa, nə də başqa dövlət bizi dəstəkləməyə borclu deyil. Bu baxımdan Fransanın bizi dəstəkləmək öhdəliyi yoxdur, amma şübhəsiz ki, mənəvi dəstək verir və yəqin ki, Ermənistanın ərazi bütövlüyünün tərəfdarı olduğunu bir daha bəyan edəcək, amma bundan o yana getməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Fransanın Hay Dat  idarəsi üzrə rəhbər Hraç Varjapetyan bildirib.

O jurnalistə verdiyi müsahibədə daha sonra deyib: ”Fransa bu gün Cənubi Qafqazda Ermənistan vasitəsilə nəyə nail olmaq istəyir? Və yaxud Rusiya Federasiyası ilə başqa əlaqələr olarsa, Fransanın planları dəyişə bilərmi? Eləcə də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına nə vaxt və necə qərar verildi?

Görünən odur ki, Fransanın Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşarsa və ya Rusiyanın Qafqaz siyasətinə güclü qayıdışı olarsa əlbəttə ki, Fransa mövqeyini dəyişəcək. Fransanın Cənubi Qafqazda nə axtardığına gəlincə, təbii ki, bütün bunlar Fransanın ABŞ-la razılaşması kontekstində nəzərdən keçirilməlidir. Başqa sözlə, Fransanın maraqlarına NATO-nun Cənubi Qafqaza daxil olması müstəvisində baxmaq lazımdır, əks halda Fransanın Cənubi Qafqazda bilavasitə o qədər də böyük maraqları yoxdur, xüsusən də Paris indi enerji resursları kontekstində öz maraqlarını itirməyə başlayıb. Fransa Cənubi Qafqazda iqtisadi maraqlarını da itirə bilər. Ona görə də Fransanın Cənubi Qafqazda mövcudluğu, təkrar edirəm, NATO çərçivəsində və ABŞ-la sıx əməkdaşlıq kontekstində nəzərdən keçirilməlidir.

Unudulmamalıdır ki, Fransa-Rusiya münasibətləri mədəniyyət və sivilizasiya baxımından həmişə çox yaxın olub. Burada demək lazımdır ki, Fransa Aİ-nin pioneri kimi Avropa Birliyinin Rusiyaya qarşı siyasətinin qurbanıdır.

Təbii ki, Fransanın ABŞ-la razılaşması, yəni ABŞ-ın “barmağının” Avropa siyasətinə, hətta Fransanın Rusiya ilə bağlı siyasətinə qarışması problemini də nəzərdən qaçırmaq olmaz. İndi də Fransa geri çəkilməyə cəhd edə bilər, çünki diplomatik dillə desək, qırmızı xətt keçib. Bildirmək məcburiyyətindəyəm ki, Fransanın daxili siyasi səhnəsində anti-Rusiya siyasətindən kifayət qədər narazılıq var.

Fransanın xeyli sayda siyasətçisi, partiya liderləri, nüfuzlu siyasi dairələri Parisin anti-Rusiya siyasətinə qarşıdırlar və Makronun bəyanatı və geri çəkilməyə cəhdi də Fransanın daxili siyasətinin həyatında qaldırılan etirazların nəticəsidir.

Avropanın müdafiə sistemi kifayət qədər etibarlı deyil. ABŞ, Rusiya və Çinin hərbi sistemləri və orduları ilə müqayisə etsək, Avropa xeyli zəifdir və yəqin ki, Makronun Avropanın təcili olaraq özü üçün etibarlı müdafiə konsepsiyası yaratması da bununla əlaqədardır.

Bir məsələni də nəzərdən qaçıqmamalıyıq ki, Fransanın daxili həyatında çoxlu məsələlər var, o cümlədən əcnəbilərin Fransaya və Avropaya miqrasiyasının tüğyan etməsi, müxtəlif sivilizasiyaların toqquşması, xüsusilə də böyük şəhərlərdə təhlükəli şərait var. Ona görə də polis ölkənin ağasıdır. Amma təbii ki, müxtəlif casusluq, etnik məsələlər, mafioz sistemlərlə bağlı vəziyyət narahatedici olsa da, ölkənin ümumi daxili vəziyyəti sabitdir”.

Hraç Varjapetyan Ermənistanın yaxın qonşusu və dostu İranla Fransa arasında mövcud münasibətlərdən də danışıb: “İran inqilabından sonra Fransa-İran münasibətləri əvvəlki kimi deyil və getdikcə pisləşməyə başlayıb. Və son illərdə Fransa-İran münasibətləri kifayət qədər pis səviyyədədir. Xüsusən də İran-İsrail münaqişəsi Fransa-İran münasibətlərinə də təsir edir, çünki etiraf etmək lazımdır ki, Fransadakı yəhudi lobbisi təsirlidir və öz təzyiqləri ilə anti-İran siyasətini, daha dəqiq desək, İsrailyönlü siyasətini də tətbiq edir.

Fransa xüsusilə İranla bu münaqişədə İsrailyönlü siyasət aparır və Makronun ən azı son iki ilində İran-İsrail, İsrail-Fələstin münaqişələri fonunda İsrailyönlü siyasət yeridir. Bu, Fransanın ənənəvi siyasətinin tam əksinədir, Nikola Sarkozi seçilənə qədər Fransa daha çox ərəbpərəst siyasət aparırdı, amma Sarkozidən sonra bu siyasət İsrailə çevrildi, bu gün də Makron çox açıq bir siyasətə sahibdir.

Yenə deyirəm, yəhudi lobbisinin fransız elitasına böyük təsiri var. Təbii ki, Fransanın daxili siyasi həyatında belə səslər eşidilir ki, Fransa bir vaxtlar neytral siyasətinə qayıtmalı və münaqişə tərəfləri ilə anlaşmaya çalışmalıdır. Hazırda o neytrallıq yoxdur”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla