AZ

Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Aprelin 30-da Ermənistan Milli Assambleyasının(parlamenti) həyətində açıq-aşkar zorakılıqla jurnalistin peşə fəaliyyətinə mane olma hadisəsinin səbəblərini araşdırmaq üçün araşdırma aparılır.
 
Moderator.az xəbər verir kii, “Armtimes”nəşrinin yaydığı məlumata görə, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr departamenti bildirib. 
 
 Ermənistan İstintaq Komitəsinin İrəvan şəhəri İstintaq İdarəsinin Ağır Cinayətlər üzrə İstintaq İdarəsində  Cinayət Məcəlləsinin 237-ci maddəsinin 3-cü hissəsinin (zor tətbiq etməklə jurnalistin qanuni peşə fəaliyyətinə mane olma) əlamətləri ilə cinayət işi başlanıb. Jurnalist Davit Levonyan zərərçəkmiş kimi tanınıb.
 
Bəlli olub ki, 2024-cü il aprelin 30-da Ermənistan  Milli Assambleyasının həyətində Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Robert Köçəryanın oğlu Levon Köçəryanın köməkçisi “Civic” saytının jurnalisti Davit Levonyanla iki gün əvvəl jurnalist kimi yayımladığı video ilə əlaqədar mübahisə edib, onun ünvanına ağır söyüşlər səsləndirib, yumruqla onun üzünə bir dəfə vuraraq bədən xəsarəti yetirib. Məlumata görə, jurnalist zərbədən yıxılıb, nəticədə əlindəki kamera zədələnib.
 
“Hadisənin baş vermə şəraitinin müəyyən edilməsi və baş verənlərə yekun hüquqi qiymətin verilməsi məqsədilə zəruri istintaq və prosessual hərəkətlər həyata keçirilir”, - rəsmi məlumatda qeyd olunur.
 
Erməni saytı əlavə edir ki, erməni jurnalist Azərbaycanın Qazax rayonu ilə sərhəddəki Tavuş yeparxiyasının rəhbəri, keşiş Baqrat Srbazanı şəxsi “YouTube” kanalında Rusiyanın maraqlarına xidmət etməkdə ittiham etdiyinə görə Levon Köçəryanın oğlunun köməkçisinin hücumuna məruz qalıb.

 

S.Laçın
 
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla