AZ

Çində magistral yol çöküb, 18 avtomobil dağıntılar altında qalıb

Bakı, 1 may, AZƏRTAC

Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Hadisə Meyçjou şəhərində baş verib. Xilasedicilər dağıntılar altından 31 nəfəri xilas ediblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Dağıntıların təmizlənməsi işləri aparılır. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
8
Mənbələr
Şərh ()
Bağla