AZ

Bu tələbələr oxuduqları ali məktəbdən qovuldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Nyu-Yorkdakı Kolumbiya Universitetinin tələbələri qovulub. Buna səəbəb onların Manhettendə binalardan birini ələ keçirməsi olub.

KONKRET.az xəbər verir ki, universitet rəhbərliyi aprelin 30-na keçən gecə universitet binasına daxil olan tələbələrin, eləcə də bir gün əvvəl çadır şəhərciyinin dağıdılması zamanı müqavimət göstərən tələbələrin ölkədən çıxarılması prosesinə başlayıb.

Kolumbiya Universitetinin rəsmiləri deyiblər: “Yəhudi tələbələrimiz və müəllimlərimizin çoxu üçün təhdid yaranıb. Bu tələbələr mühiti, eləcə də tədris prosesini, öyrənmə və yekun imtahan hazırlığını pozub və kampusda iğtişaşlar yaranıb”.

Xatırladaq ki, aprelin 29-da Ostindəki Texas Universitetinin ərazisində Fələstini dəstəkləyən etiraz aksiyası nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları azı 40 nəfəri həbs etmişdi. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edib.

Bu gün səhər saatlarında Ostindəki Texas Universitetinin şəhərciyində İsrailin Qəzza zolağına təcavüzünə qarşı etirazçılarla polis arasında toqquşmalar baş verib.

Aprelin 28-də bir həftə ərzində fələstinlilərə dəstək məqsədilə keçirilən tələbə etirazlarında 700-dən çox adamın saxlanıldığı bildirilmişdi. Tələbə fəallığı dalğasına Nyu Yorkdakı Kolumbiya Universitetinin ərazisindəki çadır düşərgəsinin dağıdılması zamanı azı 108 nəfərin polis tərəfindən həbs edilməsi səbəb olub.

Natiq Səlim,

KONKRET.az

Seçilən
138
Mənbələr
Şərh ()
Bağla