AZ

Zelenski Norveçə təşəkkür etdi – Ukraynaya daha bir jest edildi

“Norveç hökuməti Kiyevə 600 milyon dollar məbləğində yeni yardım edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən baş nazir Yonas Qahr Störesanın rəhbərlik etdiyi Norveç hökumətinə bu il Ukraynaya dəstəyi 600 milyon dollar artırmaq qərarına görə minnətdaram”, – deyən Zelenski əlavə edib ki, bu vəsaitin böyük hissəsi hava hücumundan müdafiəni gücləndirmək üçün istifadə olunacaq.

Xatırladaq ki, mart ayında Ukrayna Nazirlər Kabineti Norveçin Rusiyanın hərbi müdaxiləsindən bəri Kiyevə 500 milyon dollardan çox məbləğdə maliyyə yardımı göstərdiyini bildirib.

Bildirilib ki, cəlb edilən vəsait dövlət büdcəsinin prioritet sosial və humanitar ehtiyaclar üçün xərclərinin kompensasiyasına yönəlib. Vəsaitlər, o cümlədən, pensiyalar, təhsil və səhiyyə işçilərinin əmək haqları, əhalinin sosial müdafiəsi, habelə humanitar yardıma xərclənib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
Mənbələr
Şərh ()
Bağla