AZ

Paşinyanın suyu masaya tökərək izahı gündəm oldu - VİDEO

"Demokratik bir dövlətdə suverenliyin ən mühüm atributu ondan ibarətdir ki, xalq öz hüquq və vəzifələrinin dairəsini müəyyən edir, yəni xalqın hansı hüquq və vəzifələrə sahib olduğuna başqaları deyil, xalqın özü qərar verir".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq, yurisdiksiya, suverenlik və ərazi bütövlüyünə həsr olunmuş "Dövlət haqqında söhbətlər" adlı videoçarxda deyib.

O bildirib ki, bu hüquq və vəzifələrin tətbiq olunduğu ərazi haqqında təsəvvürə malik olmaq vacibdir.

Paşinyanın fikrincə, ərazi göstərilmədən suverenlik, hüquq və hətta dövlətçilik eroziyalanır və az istifadə olunur, tətbiq olunmaz və hətta həyata keçirilməz hala gəlir.

İdeyasını daha aydın nümayiş etdirmək üçün Paşinyan su ilə doldurulmuş qab götürüb. Xalqdan qabın içindəkilərin hüquq və vəzifələrin olduğunu təsəvvür etmələrini istəyib.

Paşinyan daha sonra boş stəkana su tökərək bildirib ki, hüquqlar, vəzifələr konkret formadadırsa, deməli, onlar məqbul və həyatqabiliyyətlidirlər.

Sonra o, hüquq və vəzifələrin konkretləşmədiyi zaman nələrin baş verəcəyini təsəvvür etməyi təklif edib və qabdakı suyu stolun üstünə töküb.

Kadrlarda masadakı suyun Paşinyanın paltarına töküldüyü əks olunub.

"Beləliklə, hüquq və vəzifələr qeyri-məqbul olur, bulanıqlaşır, problemlər və diskomfort hissi yaradır. Bizim Tavuş bölgəsində gördüyümüz işlərin məqsədi də məhz budur. Bunun tərkib hissəsi kimi vətəndaşların hüquq və vəzifələrinin dairəsi xeyli gücləndiriləcək, bu birlik dövlətimizin inkişafına və mövcudluğuna təminat verəcək", - deyə, Paşinyan həm də sərhəddəki delimitasiya prosesinə münasibət bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24495
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13882
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12412
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9421
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6630
Rəisi öldü, Pakistanda matəm elan edildi
6222
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5855
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5629
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
4941
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4111
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4065
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3887
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3678
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3547
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3204
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797