AZ

Rusiya qalib gəlir, Ukrayna hökuməti isə… - “B planı”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Əgər müharibədə Rusiya qalib gəlsə, o zaman Qərb mühacirətdə olan Ukrayna hökuməti yaradacaq.
BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, bunu Britaniyalı ekspert Aleksandr Merkuris deyib. “Ukraynadakı münaqişə hətta döyüşün bitməsinə rəğmən uzun müddət davam edə bilər. Çünki ruslar qalib gələcəklər. Odur ki, onlar Qərbdə alternativ Ukrayna hökumətini yaratmağın bir çox yolunu tapmağa çalışacaqlar”, - o bildirib.

Ekspertin fikrincə, ölkədən qaçan ukraynalı siyasətçilər və məmurlar sonradan sülh danışıqlarının nəticələrini tanımaya bilərlər. Daha sonra onlar ölkəni müxtəlif qlobal təşkilatlarda, o cümlədən BMT Baş Assambleyasında təmsil edəcəklər.

Seçilən
156
1
Mənbələr
Şərh ()
Bağla