AZ

Avropanın təbii qaz hasilatı 2023-cü ildə 8,2% azalıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qaz İxrac Edən Ölkələr Forumundan (GECF) bildiriblər ki, Avropada təbii qaz hasilatı yataqların təmiri ilə əlaqədar keçən il 19 milyard kubmetr azalaraq 214 milyard kubmetr təşkil edib.

GECF-in 2024-cü il üçün illik təbii qaz hesabatında regional hasilatla bağlı açıqlanan məlumatlar Türkiyənin Qara dənizdə əhəmiyyətli hasilatda irəliləyiş əldə etdiyini də ortaya qoyub.

Qlobal miqyasda qaz hasilatı keçən il 0,8% artaraq 4,08 trilyon kubmetrə çatıb. Avrasiya və Avropada qaz hasilatı azalsa da Şimali Amerika, Yaxın Şərq və Asiya Sakit Okean regionları bu artıma səbəb olub.

Avropada üç əsas istehsalçı - Norveç, Hollandiya və Böyük Britaniyada hasilat müvafiq olaraq 7 milyard kubmetr, 5,5 milyard kubmetr və 4,6 milyard kubmetr azalıb.

Hesabatda bu azalmaların uzun müddət davam edən texniki xidmət və bəzi köhnə qaz yataqlarının bağlanması ilə bağlı olduğu qeyd edilib.

Norveçin qaz hasilatı 2023-cü ildə 126 milyard kubmetrə düşüb ki, bu da əvvəlki illə müqayisədə 5,3% azalma və ilk növbədə Norveçin Şimal dənizindəki mühüm dəniz hasilat sahəsi olan “Troll” yatağında və Kollsnes qaz emalı zavodunda uzunmüddətli texniki xidmətin nəticəsidir.

Xüsusilə “Troll” qaz yatağında hasilat 15,5% azalıb ki, bu da yerli qaz hasilatının 33,6 milyard kubmetrini təşkil edib.

Hesabatda Türkiyənin Qara dənizdə təbii qaz kəşfi ilə bağlı qiymətləndirməsində böyük irəliləyişlər göstərilib.

"Sakarya” qaz yatağından qaz hasilatına başlanması ilə Türkiyə daxili qaz təchizatının artırılmasında əhəmiyyətli irəliləyiş əldə edib və idxaldan asılılığın azaldılması və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım atıb", - hesabatda deyilir. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar aprelin 19-da bildirib ki, Qara dənizdəki Sakarya qaz yatağında təbii qaz hasilatının artırılması, gündəlik təbii qaz hasilatının 5 milyon kubmetrə çatdırılması hədəfə alınıb.

Bundan əlavə, Avropada Rumıniyanın Qara dənizdə böyük qaz yataqlarının işlənməsinə dair strateji planları ilə regionun qaz hasilat potensialını təmin etmək və genişləndirmək üçün səylər göstərilir.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
95
5
Mənbələr
Şərh ()
Bağla