AZ

İsraildə sorğu: Netanyahu dərhal istefa verməlidir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İsrail əhalisinin yarıdan çoxu Netanyahunun dərhal istefa verməsini istəyir.

Globalinfo.az xəbər verir ki, İsrailin 12-ci kanalı ölkədə keçirilən sorğunun nəticələrini yayımlayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 58 faizi hökumət başçısının dərhal istefaya getməsinin tərəfdarıdır. Bununla yanaşı, respondentlərin 54 faizi ölkədə növbədənkənar seçkilərin keçirilməsini zəruri hesab edir.

Sorğu iştirakçılarının 48 faizi müdafiə naziri Yoav Qalantın dərhal istefa verməli olduğunu bildirib. Respondentlərin 50 faizi isə İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevinin işdən çıxarılmasına tərəfdar olduğunu açıqlayıb.

Sorğu aprelin 30-da onlayn formada və telefon vasitəsilə ilə aparılıb. Sorğuda 500 respondent iştirak edib.
Seçilən
119
Mənbələr
Şərh ()
Bağla