AZ

Ermənistan KTMT-dən çıxmayacaq, amma...

...Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində ölkəsinin KTMT-nin üzvü olaraq qalacağını, lakin İrəvanın işlək olmayan mexanizmin bir hissəsinə çevrilmək istəmədiyini bildirib.

O, son bir neçə il ərzində Ermənistanın bir neçə dəfə hərbi təcavüzə məruz qaldığını, lakin təşkilatdakı müttəfiqlərin Ermənistan ordusuna heç bir şəkildə kömək etmədiyini vurğulayıb.

Mirzoyanın sözlərinə görə, KTMT öz üzvlərini müdafiə etməli olan hərbi-siyasi blokdur, lakin alyansdan heç bir dəstək almadığı üçün Ermənistan buna şübhə edir. NazirSİA-nın əldə etdiyi məlumata görə, Ararat MirzoyanKTMT-ni tədbir görməyə çağırıb(?).

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Rusiya-Ermənistan münasibətlərindəki problemlərdən də danışıb.

Lakin onun fikrincə, ölkələr arasında fikir ayrılıqları ikitərəfli səviyyədə həll olunur.

Eyni zamanda, Mirzoyan xatırladıb ki, Ermənistan ABŞ və Avropa İttifaqı ilə, o cümlədən beynəlxalq təhlükəsizlik çərçivəsində əməkdaşlığı dərinləşdirir.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
Mənbələr
Şərh ()
Bağla