AZ

BMW Çindəki zavoda milyardlarla sərmayə qoyacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Alman avtomobil istehsalçısı BMW Çinin şimal-şərqindəki Şenyandakı zavodunu modernləşdirmək üçün 2,8 milyard dollar xərcləyəcək.

Valyuta.az xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

"Nəql edilən investisiyalar təkcə Çinin uzunmüddətli iqtisadi perspektivlərinə deyil, həm də Çinli tərəfdaşlarımızın innovativ imkanlarına olan inamımızı vurğulayır", deyə BMW-nin İdarə Heyətinin sədri Oliver Zipse bildirib.

Son illərdə BMW, qrupun dünyada ən böyük istehsal bazası olan Çinə investisiyalarını fəal şəkildə artırır. Keçən ilin noyabrında konserni Şenyanda yeni akkumulyator zavodunun əsas binasının tikintisini başa çatdırıb. Bu, təxminən 1,38 milyard dollara başa gəlib.

2023-cü ilin sonunda BMW Çin bazarına 820 mindən çox avtomobil tədarük edib.

Paşa Məmmədli


 

Seçilən
83
33
Mənbələr
Şərh ()
Bağla