AZ

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Azərbaycan

Ankara, 30 aprel, AZƏRTAC

Mayın 2-də Trabzonda öz işinə başlayan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalının proqramına Türkiyənin 11 bölgəsindən olan kollektivlərlə yanaşı, Azərbaycan, Gürcüstan, Qazaxıstan, İspaniya və Yunanıstandan olan sənət ustalarının çıxışları daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Trabzon Dövlət Teatrının direktoru Əhməd Uzuner məlumat verib.

Onun sözlərinə görə, festival Trabzon Dövlət Teatrının quruluşunda “Cənab Puntila və onun xidmətçisi Matti” komediya tamaşası ilə açılacaq.

Trabzon sakinləri və tədbirin qonaqlar festival çərçivəsində 25 tamaşaya baxa biləcəklər.

Teatrın direktoru vurğulayıb ki, gənc nəslin teatr sənətinə marağının artırılması məqsədilə uşaq tamaşalarına xüsusi diqqət yetiriləcək.

Türkiyə Dövlət Teatrları İdarəsinin təşkilatçılığı ilə keçirilən festival mayın 15-dək davam edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla