AZ

Azərbaycan ölkədəki hər bir dini obyektin qorunmasına ciddi yanaşır - Elçin Əmirbəyov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Azərbaycan hökuməti heç bir ayrı-seçkiliyə yol vermədən hər birdini obyektin qorunmasına ciddi yanaşır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan RespublikasıPrezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovİtaliyanın “Sir” xəbər agentliyinə müsahibəsində deyib.

"Azərbaycan ərazisində dini mənşəyindən asılı olmayaraq bütüntikililər çoxmillətli və multikultural cəmiyyətimizin xarakteriniəks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsidir", - deyəo bildirib.

E.Əmirbəyovun sözlərinə görə, 2020-ci ilin noyabrında ikinciQarabağ müharibəsinin başa çatması ilə əlaqədar AzərbaycanRespublikasının səlahiyyətli orqanları qeyri-qanuni xarici işğalaltında olan və müharibədən zərər çəkmiş ərazilərdəki bütünmədəniyyət və dini obyektlərin inventarlaşdırılmasını həyatakeçirib:

"İki müharibədən sonra qalan və zədələnmiş həmin obyektlərhazırda bərpa prosesindədir, lakin təəssüf ki, bir çox mədəniyyətvə dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb.Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən65-i yerlə-yeksan edilib".

Elçin Əmirbəyov onu da vurğulayıb ki, Azərbaycan öz mədəni vədini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada əsrlər boyumüsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyalarınnümayəndələri birgə mehribanlıq və dostluq şəraitindəyaşayıblar:"Biz əminik ki, ölkələrimiz arasında tezlikləbağlanacağına ümid etdiyimiz sülh müqaviləsi dünyada ən uzun vəfaciəli hadisələrdən biri olan etnik münaqişələrdən birinə formalson qoymaqla yanaşı, Ermənilər və azərbaycanlılar arasında etimadvə onların mehriban qonşular kimi, bir gün isə dost kimi yaşamasınaimkan verəcəkdir".

Seçilən
96
2
Mənbələr
Şərh ()
Bağla