AZ

Basketbol: “Xırdalan” pley-offa qələbə ilə başladı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün – aprelin 30-da “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünün ilk pley-off oyunu baş tutub.

Arena.az xəbər verir ki, 1/4 final mərhələsi çərçivəsində “Xırdalan” və “Neftçi” komandaları arasında baş tutan seriyanın birinci oyunu gərgin mübarizə şəraitində keçib.

Oyuna sürətli başlamış “Xırdalan” yekunda 80:75 hesablı çətin qələbə qazanıb. Bu qələbə ilə “Xırdalan” seriyada 1:0 hesablı üstünlük əldə edib.

Qalib komandanın ən məhsuldar basketbolçusu Zeyver Brüyer olub – 18 xal, 4 ribaund. “Neftçi”də isə Alfonso Villis fərqlənib – 15 xal, 10 ribaund.

Qeyd edək ki, “Xırdalan” və “Neftçi” komandaları arasında seriyanın ikinci oyunu mayın 2-də baş tutacaq.

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla