AZ

Fransada məhbusların sayı REKORD QIRDI

Fransa Ədliyyə Nazirliyinin məlumatına görə, aprelin 1-nə olan məlumata əsasən, 77 450 nəfər həbsdədir.
 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, göstərilən rəqəm bu göstərici üzrə əvvəlki rekordun müəyyən edildiyi ötən ilin aprel ayı ilə müqayisədə 4370 nəfər çoxdur.
 

İdarədən qeyd ediblər ki, bəzi həbsxanalarda məhbusların sayı 200 faiz təşkil edir. Buna görə də 2023-cü ilin aprel ayı ilə müqayisədə yerə döşənmiş döşəklərdə yatmağa məcbur edilən məhbusların sayı artıb: indi belə insanlar 3307, keçən il isə 2151 olub.
 

Fransa hakimiyyəti vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər görür. Belə ki, bir sıra məhkumlar üçün azadlıqdan məhrum etmə cəzası ev dustaqlığı və ya məcburi əməklə əvəz olunur. Bundan əlavə, respublika yeni həbsxanalar tikməyi planlaşdırır.


İnci
Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
35
Mənbələr
Şərh ()
Bağla