Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz olaraq parlament binası qarşısında növbəti mitinq keçirilir.
“Qafqazinfo” “Sputnik Georgia”ya istinadən xəbər verir ki, hazırda xüsusi təyinatlı polis qüvvələri etirazçıları ərazidən uzaqlaşdırmağa çalışır.
Etirazçılara qarşı gözyaşardıcı qazından istifadə edilib.