AZ

Ötən həftənin sitatları

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin maraqlı sitatlarını təqdim edir:

Joze Mourinyo, işsiz portuqaliyalı məşqçi:
“Mən son iki ildə iki finalda oynamış yeganə avropalı məşqçiyəm. 20 il əvvəl Çempionlar Liqasında qalib gəlməyim mənim günahım deyil. İndi hansısa məşqçidən “ardıcıl iki il avrokubokların finalında oynamaq istəyərsinizmi” - deyə soruşsanız, onların əksəriyyəti “bəli” cavabını verəcək. Karyeramı yaxın zamanda başa vurmaq barədə düşünmürəm. Mənim 61 yaşım var və 65 yaşımda bu işi dayandırmaq istəmirəm. Qarşıda hələ uzun karyeram var”.


Pyero Auzilio, “İnter”in direktoru:
“Artıq klubumuzun yeni mövsüm üçün iki transferi məlumdu. “Portu”dan iranlı hücumçu Mehdi Taremini və “Napoli"dən polşalı yarımmüdafiəçi Piotr Zielinskini heyətə cəlb edəcəklərini bildirib. Hər iki oyunçu Milan təmsilçisinə azad agent kimi keçəcək. Futbolçularla bu transfer artıq fevral ayından razılaşdırılıb”.


Toni Kroos, “Real”ın yarımmüdafiəçisi:
“Ançelotti komandanı oyunlardan əvvəl nüxtəlif şəkildə motivə edir. Bəzən oyunçularla zarafatlaşır, bizə yalan danışır. Baş məşqçi “Malyorka” ilə oyundan əvvəl bizə “qələbə qazansaq, çempion olacağıq” dedi. Matçdan sonra isə bizə yalan danışdığını söylədi, bizə “sizi aldatdım, gələn həftə qalib gəlsək, onda hər şey bitəcək” dedi.
Gi Ru, “Oser”in sabiq baş məşqçisi: “Ruslar UEFA Kubokunun 2004/05 mövsümünün 1/4 finalında bizi qarət etdilər. Onlar hakimi ələ almışdılar. Hələ ÇSKA ilə ilk oyundan (Moskvada keçirilən matç yerli komandanın 4:0 hesablı qələbəsi ilə nəticələnib – R.Y.) sonra məndə belə şübhə ortaya çıxmışdı. Cavab oyunu zamanı komandamızın bir oyunçusundan hakimin çantasını yoxlamağı xahiş etdim. O, çantaya baxandan sonra mənim yanıma hirsli vəziyyətdə gəlib “orda yaqut qaşlı saat gördüm” dedi...”


Valeri Qazzayev, ÇSKA-nın sabiq baş məqşçisi:
“Bu cəfəngiyyatdı! Belə yaşda (Ru indi 85 yaşındadı – R.Y.) belə fikir səsləndirmək... Məncə, hamı hər şeyi görüb. ÇSKA futbol meydanında ədalətli mübarizə nəticəsində qalib gələrək turnirin çempionu olub. Bəlkə sabah “Sportinq”in keçmiş çalışdırıcısı da ortaya çıxıb bizim finalı idarə edən hakimə rüşvət verdiyimizi deyəcək? “Oser”in o vaxtkı məşqçisi hansı gizli sövdələşmədən danışır? 20 il arxada qalıb! O, bu müddətdə niyə danışmırdı? Nə baş verdi ki, indi belə iddia ilə çıxış edir? Komandasını 4:0 hesabıyla məğlub edəndə harda idi? Həm ilk, həm də cavab oyunundan sonra niyə susurdu? Onun dediklərinə fikir verməyin. Bu, aşkar siyasətdi. İdmanı da bu sahəyə qatıblar. Olimpiada ərəfəsində aranı qarışdırmaq üçün özlərindən bunu uydurublar”.


Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi:
“Reşford hər mövsüm təxminən 25-30 qol vurmağa qadirdi. Bunun üçün imkanlara malikdi. Buna 100 faiz əminəm”.


Frank Verkoteren, Belçika Kral Futbol Assosiasiyasının idman direktoru (Domeniko Tedeskonun yayda Belçika yığmasını tərk edəcəyi və “Milan”da Stefano Pyolinin yerini tutacağı haqda iddiaya reaksiyası):
“Bu barədə konkret heç bir rəsmi informasiya və açıqlama mövcud deyil. Odu ki, son xəbərlərə şərh vermək üçün heç bir lüzum yoxdu”.


Fabio Kapello, “Real”ın sabiq baş məşqçisi:
“Bu yaşda yalnız superoyunçular belə yüksək səviyyədə oynaya bilər. Məsələn, yaxın keçmişdə Messi başda olmaqla bir sıra futbolçuların gənc yaşlarında “meydan sulaması”na şahidlik etmişik. Bellingem “El Klasiko” kimi vacib matçda əla təsir bağışladı, meydanın hər qarışında “Real”a faydalı oldu. Yeri gələndə arxaya qayıtdı və topla ağıllı rəftar etdi. Azarkeşlər Cudun daim qalib gəlmək istədiyini yaxşı anlayırlar. O, daim qaçır və mübarizə aparır”.


Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi:
“Mövsümün ilk yarısında komandanın “İnter” ilə başabaş mübarizə aparmasına baxmayaraq, içimdə ikinci dövrədə mümkün eniş yaşaya biləcəyi ilə bağlı qorxu vardı. Əsas rəqiblərlə müqayisədə bir sıra üstünlüklərə malik idik. Lakin mövsümün həlledici mərhələsində qollarımızı aşağı saldıq...”


Tomas Müller, Almaniya yığmasının hücumçusu:
“Futbolçular qitə çempionatındakı çıxışından razı qalarsa, bunun bundestim üçün uğurlu nəticə olacağına inanıram. Hə, ən vacib amil nəticədi. Amma 1/4 finalda güclü rəqibə qarşı əla oynayıb minimal hesabla uduzsaq, bununla barışacağam. Çünki idmanda işlər həm də belə gedir. Sözsüz, əsas hədəfimiz titul qazanmaqdı. Böyük turnirdə özümüzü həm də qonaqpərvər göstərəcyimiz halda buna Almaniyanın vətəndaşı kimi çox sevinəcəyəm. Futbolsevərlərin stadionlardan evə xoş duyğularla qayıtması üçün əlimizdən gələni etməliyik”.


Rio Ferdinand, “Mançester Yunayted”in sabiq müdafiəçisi:
“Poçettino yayda qovulsa, bu ona qarşı böyük cinayət olacaq. Ona görə ki, “Çelsi” əsasən gənc oyunçuların transferlərinə külli miqdarda pul xərcləyib. Onlar inanılmaz potensiala malikdilər. Amma bir mövsümə güclü komanda qurmaq mümkün deyil. Fikrimcə, rəhbərlik Maurisioya bu komandanı qurması üçün vaxt verməlidi”.


Alessandro Del Pyero, “Yuventus”un sabiq hücumçusu:
“Komandanın işlərinə qarışmaq fikrim yoxdu. Massimiliano Alleqrinin fəaliyyəti haqqında çox fikir bildirmişəm. İndi hər şeyin göz qabağında olduğunu düşünürəm. Kim nəyi görmək istəyirsə, onu da dilinə gətirəcək. Komanda mövsümboyu müxtəlif problemlərlə qarşılaşıb. İndi “Yuventus” üçün xüsusi an yetişib. Problemləri tədricən yoluna qoymaq lazımdı”.


Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Hazırda çempion olacağımıza inanıram? Yox. Çünki indiki vəziyyət buna imkan vermir. Amma düşünürəm ki, bu klub üçün problem deyil. Gəlin görək, nə baş verir. “Arsenal” və “Mançester Siti”nin mövsümün sonuna qədər iki oyunda məğlub olması çətin görünür, amma mümkündü. “Liverpul”un son 4 matçda qalib gəlməsi mümkündü? Bəli, biz bunu əvvəllər etmişik”.


Nasser Əl-Xelayfi, PSJ-nin prezidenti:
“Laportadan soruşdum ki, bu axmaq Superliqa yaratmaq fikri ilə nə vaxt məşğul olacaqlar. Mənim üçün Superliqa yoxdu. Çempionlar Liqası dünyanın ən yaxşı klub turniridi. Onlar orada iştirak edirlər. Biz “Barselona” ilə bu turnirin 1/4 finalında qarşılaşdıq (PSJ iki oyunun nəticəsinə əsasən yarımfinala çıxıb – R.Y.). Ümid edirəm ki, bu ideyanı tezliklə dayandırarlar, çünki bu, gülünc fikirdi”.


Gi Ru, “Oser”in sabiq baş məşqçisi:
“Ruslar UEFA Kubokunun 1/4 finalında bizi qarət etdilər”
Seçilən
106
Mənbələr
Şərh ()
Bağla