AZ

“Fənərbaxça” bu dəfə “Beşiktaş”a şans vermədi - TURUN ŞƏRHİ

Turun açılış oyununda “Qalatasaray” Adanaya səfər etmişdi.

“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngi son 2 mövsümdə bu şəhərdə qələbə bir yana, hətta qol da vura bilməmişdi. Amma bu dəfə Şahruddin və komandası “Cim-Bom”a yalnız bir hissə müqavimət göstərə bildi. 2-ci hissədə həlledici məqamlarda Şahruddindən fərqli Muslera komandasını xilas etməyi bacardı. Okan Burukun komandası fasilədən sonra 3 qol vurmaqla növbəti qələbəsini qazandı. Muslera bu mövsüm superliqada 17-ci dəfə qapısını toxunulmaz saxlamaqla şəxsi rekordunu yenilədi. O, ötən mövsüm və 2011/12-də 16 “quru oyun” keçirmişdi. Ən əsası “Qalatasaray” xalını 93-ə çatdırmaqla həm öz tarixinin rekordunu yenilədi, həm də “Fənərbaxça”ya məxsus olan turnirin tarixinin rekordunu təkrarladı!

Avrokuboklara vəsiqə uğrunda mübarizə də qızışır. Şənbə günü “Kasımpaşa” “Samsunspor”u, “Sivasspor” isə “Konyaspor”u 1 qolla məğlub etdi. Manay “Sivasspor” tarixində bir mövsümdə superliqada 18 qol həddinə çatan ilk futbolçu oldu! “Hatayspor”dan üstün olan “İstanbul BŞ” 4-cü pilləyə yüksəldi. Halbuki komanda 4-cü turdan sonra sonuncu pillədə idi! Yığmamızın üzvü Renat Dadaşov 5 aylıq susqunluğa son qoyaraq Türkiyə çempionatında 5-ci qolunu vurdu. Amma onun qolu “Hatayspor”a xal qazandırmadı. Turun mərkəzi oyununda “Fənərbaxça” “Beşiktaş”ı qəbul etdi. İsmayıl Kartal derbidə sürpriz edərək Cekonu ehtiyata saxladı və hücumda Batşuayiyə şans verdi. Halbuki komandanın kapitanı olan Ceko buna qədər superliqada iştirak etdiyi 32 oyunun hamısında start heyətində meydana çıxmışdı. “Fənər” əla azarkeş dəstəyi ilə oyuna inamlı başlasa da, erkən qol vurmaq planı baş tutmadı. 20 dəqiqə tamam olmamış Kartal iki məcburi əvəzetməyə əl atdı. İsmayıl Yüksək ağır zədə alaraq tək oyunu yox, həm də mövsümü erkən başa vurdu. Onun yerinə Kruniç meydana çıxdı. Legioner limitini pozmamaq üçün Kartal həmin məqamda Bekaonu da Çağlarla əvəzləməli oldu. 25-ci dəqiqədə oyunun axarına təsir edən olay yaşandı. “Beşiktaş” tarixinin ən bahalı oyunçusu statusunda olan Əl-Musrati hələ ki derbidlərdə yalnız fiasko yaşayır. “Qalatasaray”la derbidə avtoqol müəllifi olan liviyalı yarımmüdafiəçi bu dəfə Fredə qarşı qəddar bir hərəkətə yol verərək birbaşa qırmızı vərəqə aldı! Qonaqlar üçün pis xəbərlər bununla bitmədi. Yarım saatın tamamında Batşuayi Tadiçin ötürməsindən sonra hesabı açdı. Maraqlıdı ki, o, bu rəqabətin tarixində qol vuran ilk belçikalı futbolçu oldu. Qonaqlar fasilədən sonra nisbətən fəallaşdılar. Mulekanın yaxın məsafədən baş zərbəsini Livakoviç dəf etdi. Növbəti qolu yenə meydan sahibləri vurdu. 69-cu dəqiqədə yaxşı təşkil olunan hücum zamanı Şimanskinin ötürməsindən sonra fərqlənən İrfan Can Kahveci bu mövsüm bütün turnirləri nəzərə almaqla 18-ci qolunu vurdu. Düzdü, ötən mövsüm də “Beşiktaş” Kadıköydə azlıqda qalmış və sonradan 4 qol vuraraq tarixi qələbə qazanmışdı. Amma bu dəfə komandanın gücü yalnız təsəlli qolunu vurmağa çatdı. 82-ci dəqiqədə təcrübəli Cenk Tosun derbidə yekun nəticəni müəyyənləşdirdi. “Fənər” 2014/15-dən bəri ilk dəfə “Beşiktaş”ı mövsümün hər iki oyununda məğlub etməyi bacardı. Maraqlıdı ki, o vaxt da kadıköylülərin başında eynilə indiki kimi İsmayıl Kartal dayanmışdı. Bu məşqçi, ümumiyyətlə, “Fənər”lə “Beşiktaş”a qarşı keçirdiyi 5-ci derbidə də məğlub olmadı (4 qələbə, 1 heç-heçə). “Beşiktaş” bu mövsüm əzəli rəqiblərinə qarşı 4 oyunun hamısına fərqli məşçi ilə çıxdı və hamısında da məğlub oldu. Ən əsası komanda bu mövsüm 13-cü dəfə uduzmaqla şəxsi antirekordunu yenilədi!

Məhsuldar keçən bazar günündə geridönüşlər diqqət çəkdi. “Alanyaspor” “İstanbulspor”u 6 qolla darmadaağın edərək elitada özünün ən böyükhesablı qələbə rekordunutəkrarladı. “Kayserispor” “Pendikspor” səfərində geridən gələrək hesabına 3 xal yazdısa, “Ankaragücü” Rizə səfərində 2 topluq geriliyi aradan qaldırmağa müvəffəq oldu. Bu baxımdan ən çox “Trabzonspor” fərqləndi. Abdulla Avcının komandası autsayderlərdən olan “Qaziantep”lə ev oyununda fasiləyə 0:2 ilə yollandı. Amma Trabzon təmsilçisi ikinci hissədə 18 dəqiqəyə 4 qol sığışdırdı! Qaradənizlilər sonuncu dəfə 2022-nin mayında “Kayserispor”la oyunda fasiləyə 0:2 ilə yollandıqları halda qələbə qazanmağı bacarmışdılar. Ən yaxın rəqibi ilə xal fərqini 6-ya çatdıran “Trabzonspor”, çətin ki, bundan sonra 3-cü pilləni əldən versin.

34-cü tur
Fənərbaxça – Beşiktaş 2:1
Batşuayi, 30. İrfan Can Kahveci, 69 – Cenk Tosun, 82.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Bekao (Çağlar Söyüncü, 19), Ciku, Fərdi Kadıoğlu, İsmayıl Yüksək (Kruniç, 19), Fred, İrfan Can Kahveci, Şimanski (Mərt Hakan Yandaş, 88), Tadiç, Batşuayi (Ceko, 74).
Beşiktaş: Mərt Günok, Nəcip Uysal, Uorrall, Kolli, Masuaku, Əl-Musrati, Fernandeş, Raşitsa (Gezzal, 46), Muçi (Oksleyd-Çemberleyn, 62), Semih Kılıçsoy (Cenk Tosun, 78), Muleka.

Adana Dəmirspor – Qalatasaray 0:3
Ziyeş, 53. Kərəm Dəmirbay, 64. İkardi, 90+1.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Atal, Qravilyon, Semih Gülər (Manev, 11), Məhəmmədi, Maestro, Mişu (Aliu, 65), Yusuf Barasi (Tayfun Aydoğan, 65), Mendosa, Yusuf Ərdoğan, Balotelli (Aymbetov, 85).
Qalatasaray: Muslera, Kaan Ayhan (Orye, 82), Nelsson (Sançes, 88), Əbdülkərim Bardakcı, Kön, Kərəm Dəmirbay, Torreyra (Berkan Kutlu, 82), Ziyeş (Kərəm Aktürkoğlu, 71), Mertens, Barış Alpər Yılmaz (Tete, 82), İkardi.

Trabzonspor – Qaziantep 4:2
Onuaçu, 50; 66; 68. Bardi, 65 – Soresku, 12. Draquş, 21.
Trabzonspor: Uğurcan Çakır, Menye, Mendi, Densvil, Arif Boşluk, Berat Özdəmir (Umut Günəş, 46), Bardi, Pepe (Fernandes, 74), Visça (Orşiç, 75), Funtas (Trezeqe, 46), Onuaçu (Enis Destan, 80).

Sivasspor – Konyaspor 1:0
Manay, 86.

Çaykur Rizəspor – Ankaragücü 2:2
Qaiç, 25. Olavoyin, 32 – Bayiç, 56. Rodriges, 90+9.

Hatayspor – İstanbul BŞ 1:2
Renat Dadaşov, 73 – Pyontek, 5. Kemen, 69.

Kasımpaşa – Samsunspor 1:0
Aytac Kara, 3.

Pendikspor – Kayserispor 1:2
N`Diaye, 7 – Boa Morte, 45+2. Burabia, 56.

Alanyaspor – İstanbulspor 6:0
Oğuz Aydın, 2; 90+3. Janvye, 8; 28. Balkovets, 55. Əhməd Hassan, 67.

Fatih Karagümrük – Antalyaspor 4:1
Yalçın, 36. Markao, 64. Kələş, 81. Paoletti, 90+1 – Larsson, 79.

1. Qalatasaray 34 30 3 1 80-21 93
2. Fənərbaxça 34 28 5 1 89-31 89
3. Trabzonspor 34 18 4 12 60-45 58
4. İstanbul BŞ 34 15 7 12 46-39 52
5. Beşiktaş 34 15 6 13 45-50 51
6. Kasımpaşa 34 14 7 13 56-59 49
7. Çaykur Rizəspor 34 14 7 13 45-51 49
8. Alanyaspor 34 12 12 10 49-46 48
9. Sivasspor 34 12 12 10 41-45 48
10. Antalyaspor 34 11 12 11 39-42 45
11. Adana Dəmirspor 34 9 14 11 49-47 41
12. Kayserispor (-3) 34 11 10 13 39-48 40
13. Samsunspor 34 10 9 15 37-44 39
14. Ankaragücü 34 8 14 12 42-45 38
15. Fatih Karagümrük 34 9 9 16 41-43 36
16. Konyaspor 34 8 12 14 34-48 36
17. Qaziantep 34 9 7 18 39-54 34
18. Hatayspor 34 7 12 15 38-48 33
19. Pendikspor 34 7 9 18 38-70 30
20. İstanbulspor (-3) 34 4 7 23 26-67 16
Bombardirlər: İkardi (Qalatasaray) – 21, Ceko (Fənərbaxça) – 20, Manay (Sivasspor) – 18.
Növbəti turun oyunları mayın 3-6-sı aralığında keçiriləcək: Qaziantep – Hatayspor, Antalyaspor – Pendikspor, İstanbul BŞ – Kasımpaşa, İstanbulspor – Adana Dəmirspor, Kayserispor – Fatih Karagümrük, Samsunspor – Trabzonspor, Ankaragücü – Alanyaspor, Konyaspor – Fənərbaxça, Qalatasaray – Sivasspor, Beşiktaş – Çaykur Rizəspor.

Turun rəqəmi
15 – “Qalatasaray” Türkiyə futbolunda çoxsaylı rekordlarına daha birini əlavə etdi. İstanbul nəhəngi Adanada hesabına 3 xal yazmaqla Türkiyə çempionatı tarixində ardıcıl 15 oyunluq qələbə seriyası yaxalayan ilk komanda oldu! “Cim-Bom” ötən mövsüm müəyyənləşdirdiyi və özünə məxsus olan rekordu (ardıcıl 14 qələbə) yenilədi. Komanda sonuncu dəfə xal itkisi ilə yanvarın 11-də Sivas səfərində üzləşib (1:1). Növbəti turda da rəqib məhz elə “Sivasspor” olacaq.

Turun ulduzu
Pol Onuaçu (Trabzonspor) – həm gec transfer olunduğuna, həm Afrika Millətlər Kubokunda yer aldığına, həm də zədə səbəbinə görə Onuaçu bu mövsüm o qədər də çox oyun keçirməyib. Buna baxmayaraq, komandasının ən məhsuldar oyunçusudu. Nigeriyalı qoleador bu tur 18 dəqiqəyə het-trik etdi. Superliqada het-trik edən sonuncu “Trabzonspor”lu futbolçu 2020-nin yanvarında “Kasımpaşa” ilə oyunda Sörlot olmuşdu. Onuaçu bu mövsüm superliqada 18 qarşılaşmada 1320 dəqiqə meydanda olub və 12 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Yəni o, hər 83 dəqiqədən bir qolun vurulmasında yaxından iştirak edir. Bu, son 10 ildə “Trabzonspor”da ən azı 15 oyuna çıxmış futbolçular arasında ən yaxşı göstəricidi!

Turun sitatı
Volkan Dəmirəl, “Hatayspor”un baş məşqçisi:
“Heç bir bəhanəyə sığınmıram. Bu komanda elitanı tərk edəcəksə, məsuliyyət mənim üzərimdə olacaq. Əslində istefa vermək istədim. Bəlkə də daha öncə istefa verməliydim. Amma bacarmadım. Cəmi 4 tur qalıb və komandanı belə çətin vəziyyətdə qoyub ayrılmaq istəmədim. Təbii ki, rəhbərlik ayrılmağımı istəsə, yenə də ayrılacam. Bu vəzifədən yapışmamışam və belə bir dərdim də yoxdu. Sona qədər mübarizə aparacağıq. Bu futbolçular çətinşərtlərə rəğmən, əllərindən gələni edirlər. Ona görə də hörmətə layiqdilər”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“93 xalı mən təkbaşıma qazanmamışam. Bu, “Qalatasaray”ın rekordudu. Üstəlik ardıcıl 15-ci qələbəmiz də yeni rekorddu. Bu seriyanı da 16-ya çatdırmaq istəyirik. Ötən mövsüm də bir çox rekord qırmışdıq. Muslera da öz rekordunu yenilədi. Bu gün məhz onun sayəsində qol buraxmadıq. O olmasaydı, hesabda geri də düşə bilərdik. Hər iki komanda çoxlu qol epizodu yaxaladı. Müdafiədə inamlı oynamadıq. “Adana Dəmirspor”u yaxşı oyuna görə təbrik edirəm. Yerli fanatlar stadionda əla ab-hava yaratdılar. Yalnız hava çox isti və nəmişlik idi. Matçın qırılma anı ikinci vurduğumuz qol oldu. Ziyeş bizim üçün vacib oyunçu olduğunu növbəti dəfə göstərdi. Az qala bütün qollarını cərimə meydançası xaricindən vurub. Zədə almaması üçün onu hər dəfə erkən əvəzləyirəm. Səviyyəli futbolçudu və bundan da yaxşı oynamağa qadirdi”.


İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:
“Derbiyə yaxşı hazırlaşmışdıq. Oyunçularım onlardan tələb etdiyim hər şeyi yerinə yetirdilər. İlk 15-20 dqiqədə 3-4 qol vura bilərdik. Enerjimiz yüksək idi və bu cür futbol tribunaları da coşdururdu. Fanatlarımız bizi əla dəstəklədi. Qırmızı vərəqədən və bizim qolumuzdan sonra oyun dəyişdi. “Beşiktaş” tam müdafiəyə qapandı. Bizim irəlidə yaradıcılığımız azaldı. Fasilədə oyunçularıma 1 qolun qələbə üçün yetərli olmayacağını, bunun davamını gətirməli olduğumuzu dedim. 2:1 də olsa, qalib gəldik və yolumuza davam edirik. İsmayıl Yüksəkin zədəsi ciddi görünür. Onun üçün çox üzgünük. Bu gün oyuna Batşuayi ilə başlamağın daha doğru olacağını düşündük. Çünki həftəboyu məşqlərdə yaxşı performans sərgilədi. Bu komandada hər kəsin bir-birinə hörməti var. Çempionluğa olan ümidimizi itirməmişik. Qarşıdakı 4 oyunu da qazanaraq son ana qədər yarışın içində olmaq istəyirik. “Qalatasaray”ın meydanındakı matçda hər şey həmin günün şərtlərindən və konsentrasiyadan asılı olacaq”.


Sərdar Topraktəpə, “Beşiktaş”ın müvəqqəti məşqçisi:
“Uzun müddət azlıqda oynamaq məcburiyyətində qalsaq da, rəqiblə başabaş oynadıq. Buna görə də oyunçularıma təşəkkür edirəm. Gözlədiyimiz kimi, “Fənərbaxça” ilk dəqiqələrdən üzərimizdə təzyiq qurmağa çalışdı. Biz bu təzyiqi qırıb əks-hücumlara bel bağlayırdıq. Qırmızı vərəqə bütün planlarımızı alt-üst etdi. Ondan sonra 4-4-1 sxemiylə oynamalı olduq. Bəzi fürsətlərimiz oldu. Tempi qaldırmaqda çətinlik çəkdik. Hakim mübahisəli epizodların böyük əksəriyyətində “Fənərbaxça”nın xeyrinə qərarlar verdi. İkili mübarizələrdə yaxşı təsir bağışladıq. Oyunçularımızın sərgilədiyi xarakter, ortaya qoyduqları mübarizə əzmi məni sevindirdi. Semih Kılıçsoy öz istəyi ilə cinahda oynadı. Fasilədə ona Muleka ilə yerlərini dəyişə biləcəklərini söylədim. Amma cinahda özünü daha rahat hiss etdiyini dedi. Gələcəyimlə bağlı nə qərar veriləcəyini bilmirəm. Mən bu camiənin övladıyam. Rəhbərlik nə istəsə, elə də olacaq. Bu məsələni müzakirə etməyə ehtiyac da yoxdu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24389
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13745
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12015
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8740
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6284
Rəisi öldü, Pakistanda matəm elan edildi
5862
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5809
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5621
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4046
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3957
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3842
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3635
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3497
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3170
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2820
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
2814
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797