AZ

Gürcüstanda deputat polislə toqquşmada xəsarət aldı

Gürcüstan parlamentinin müxalif “Vahid Milli Hərəkat” partiyasından olan deputatı Anna Tsitlidze Tbilisidə qanunvericilik binası yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə etiraz edənlər arasında polislə toqquşma zamanı xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Tsitlidzenin parlamentin xidməti girişində polisin istifadə etdiyi bibər qazı ilə nəfəs aldığı iddia edilir. Həkimlər ona ilkin tibbi yardım göstəriblər. Onun xəstəxanaya aparılıb-gətirilmədiyi məlum deyil.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
3
redaktor.az

3Mənbələr