AZ

"Birinci oyunu çıxmaq şərtiylə sonrakı oyunlarda uşaqlar inkişaf etdilər"

Ölkəmizin 17 yaşadək futbolçulardan ibarət milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf turnirində bazar günü sonuncu oyuna çıxıb.

İlham Yadullayevin çalışdırdığı komanda Tacikistanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb. Oyunun 90 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb. Penalti seriyasında Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb. U-17-nin heyətində qollara 10-cu dəqiqədə Əli Qazıbəyov, 13-cü dəqiqədə isə Ümid Səlimov imza atıb. Belarus yığması son oyunda Özbəkistana2:0 hesabıyla qalib gəlib.
İlk oyunda Belarusa 0:4, 2-ci oyunda isə Özbəkistana 0:2 uduzan U17-nin baş məşqçisi İlham Yadullayevin fikirlərini öyrəndik:
“Turnirin son oyunu idi, qələbə üçün əlimizdən gələni etdik. Uşaqlar yorulmuşdular artıq, çünki ardıcıl 3-cü oyunumuz idi, buna baxmayaraq, çox ürəkli, cəsarətli oynadılar. Nə gücləri vardısa, çalışdılar meydanda göstərsinlər. Ümumi turniri dəyərləndirsək, birinci oyunu çıxmaq şərtiylə sonrakı oyunlarda uşaqlar inkişaf etdilər, özlərinə inandılar və deyərdim ki, tam oyun yox, hardasa bir hissə keyfiyyətli oyun nümayiş etdirdilər”.


ELMİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla