AZ

Şuşaya qayıdış başlayır - Şəhər sakinlərini qarşılamağa hazırdırVİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

May ayının əvvəllərində Şuşaya 20 ailə yola salınacaq. Bu səbəbdən ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. 

Xezerxeber.az-ın məlumatına görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin məsləhətçisi İsmayıl İsmayılov köçürüləcək ailələrin yaşayışı üçün hər cür şərait yaradıldigini  bildirib.
Yeri gəlmişkən, həmin ailələrin yaşayacaqları mənzillərə  ilk "Xəzər Xəbər" daxil olub.  23 binadan ibarət yaşayış kompleksində tikinti işləri artıq başa çatıb. 
Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Şuşanın hər tərəfində, abadlıq, yenidənqurma və bərpa işləri aparılır. Pənahəlixan küçəsində yerləşən müasir tələblərə cavab verən  Şuşa şəhəri 1 nömrəli tam orta məktəb də istifadəyə tam hazırdır. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Səhiyyə sahəsinə gəldikdə isə, 90 çarpayılıq Şuşa Şəhər Xəstəxanasının binasında tikinti işləri davam edir və bu ilin ilk yarımilliyində istifadəyə verilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla