AZ

Dövlət qurumu yarım milyonluq furqon maşınlar alır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) furqon tipli xüsusi nəqliyyat vasitələri alacaq.

Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, institut bununla bağlı tender elan edib.

Elana əsasən, furqon tipli xüsusi nəqliyyat vasitəsindən 10 ədəd sifariş veriləcək.

Həmin maşınlar həcmi ən azı 3500 litr olan soyuducu kamera (0 + 5 C0) ilə təchiz olunmalı, yanacaq çəninin həcmi isə ən az 60 litr tutmalıdır.

Bundan əlavə, avtomobillərin mexaniki ötürücülər qutusuna, hidravlik sükana, kondisionerə və açarsız daxilolma və mərkəzi kilidləmə sisteminə malik olması əsas tələblərdəndir.

Furqonların istehsal ili maksimum 2021-ci il olmalıdır.

AQTİ qeyd olunan nəqliyyat vasitələrinə 530 410 manat vəsaitin sərf olunacağını ehtimal edir.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla