AZ

15 illik fanatı Ayselin instaqramını tapdı

Avroviziya təmsilçimiz Aysel Teymurzadə növbəti paylaşımıyla diqqət çəkib.

OLAY yazır ki, ifaçı 15 illik xarici fanatının ona yazdığı təşəkkür mesajını izləyiciləriylə bölüşüb.

“Salam, Aysel. İnstaqramınızı tapdığım üçün çox xoşbəxtəm. Avroviziyada “Always” ilə çıxış edəndə 15 yaşım var idi və siz mənim kumirim idiniz. Mən o mahnını və sizin digər mahnılarınızı çox bəyəndim. Xüsusən də, “Fallin” mahnınız məni heyran edir. Məktəbdə çətin günlər keçirdim və Avroviziyada təsəlli tapdım, amma siz həmişə mənim sevimlim olaraq qaldınız. Hətta o vaxt mənim paylaşımımı retvit etmisiniz. Mən sizin necə olduğunuz, nə işlə məşğul olduğunuzla maraqlandım və səhifənizi tapdım. Çox gözəl görünürsünüz və heç dəyişməmisiniz. Təzəcə 30 yaşım oldu və hələ də mahnınızı dinləyirəm. Ümid edirəm ki, xoşbəxtsiniz. Və məni çətin vaxtlardan keçirdiyiniz üçün təşəkkür edirəm”, - deyə, mesajda qeyd olunub.

Aysel sözügedən məktubu paylaşaraq “Belə mesajlar mənim ürəyimi isidir. Belə mehriban sözləriniz üçün təşəkkürlər” şərhini yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla