AZ

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb.

BiG.AZ xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib.

Şarlotta polis rəisi Conni Cenninqs hadisə ilə bağlı verdiyi açıqlamada polisin axtarış aparmaq üçün cinayətdə iştirak edən şübhəlinin olduğu evə girərkən tüfənglə atəş açdığını bildirib.
Cenninqs hücum zamanı 4 polisin öldüyünü, 4-nün yaralandığını, bir yaralının vəziyyətinin ağır olduğunu bildirib.

Ağ Ev ABŞ prezidenti Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığını və Baydenin hadisələri yaxından izlədiyini açıqlayıb.


BiG.Az
Seçilən
113
26
Mənbələr
Şərh ()
Bağla