AZ

Rəsmi Bakı və İrəvan Qazaxıstandakı danışıqlarda iştirakını TƏSDİQLƏDİ

Azərbaycan və Ermənistan tərəfləri Qazaxıstanda keçiriləcək iki ölkənin XİN başçıları arasında danışıqlarda iştirakını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti“yə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

Smadiyarov danışıqların dəqiq tarixinin hələ bəlli olmadığını qeyd edib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev jurnlaistlərə açıqlamasında bildirmişdi ki, Ermənistanın təklifinə cavab verilmədiyi üçün Ermənistan və Azərbaycan XİN başçıları arasında respublikada planlaşdırılan danışıqların tarixi hələ müəyyən edilməyib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
13
Mənbələr
Şərh ()
Bağla