AZ

“Polis əməkdaşları bizə normal münasibət göstərmədi”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Neftçi" - "Turan Tovuz" oyununda tribunalarda maraqlı mənzərə izlədik.

Maraqlı məqam odu ki, qonar azarkeşlərdən bəzilərini 3-cü qoldan sonra polis apardısa, bir hissəsi də stadionu tərk etdi. Tribunada başverənlərlə bağlı bilgi almaq üçün “Turan Tovuz” klubu ilə azarkeşlər arasında əlaqələndirici Kamal Saqqayevlə əlaqə saxladıq:
“Dünən tribunalarda baş verən hadisələr oyun başlamamış bəlli idi. Polis əməkdaşları bizə normal münasibət göstərmədi. Heç onlara yaraşan hərəkət deyildi. Biz komandamızı dəstəkləmək üçün nə qədər yol gəlmişik. Sanki meydanda başqa ölkələrin komandaları mübarizə aparır, biz hansısa başqa ölkədən gəlmişik. Komandamız udar-uduzar, fərq etməz, biz həmişə onun yanındayıq. Komandamızı qələbəyə görə sevmədik ki, məğlub olanda tək qoyaq. “Turan Tovuz” döyünən ürəyimiz, varlığımızdı. Aparılan adamlarımızın aqibəti yaxşı oldu. Rəhbərliyimizin vasitəsilə buraxdılar. Rahat şəkildə Tovuza qayıtdıq”.


ƏSƏD SEYİDOV
Seçilən
101
Mənbələr
Şərh ()
Bağla