AZ

Qərb siyasi etiket naminə "səmimiyyət" göstərir - GÖRÜNƏNİ BUDUR...

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi haqqında əldə edilmiş razılaşmanı alqışlayıb.

Bu barədə. baş katib X hesabında yazıb.

"Mən Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi haqqında bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram", - o bildirib.


Avropa Şurasının Baş katibinin Azərbaycanla bağlı fikirlərini “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, Qərb tərəfindən bu niyyətlər təqdirəlayiq haldır:

“Azərbaycanla Ermənistan münasibətlərində yaxınlaşmanın işartıları görünür. Amma yaddan çıxarmaq lazım deyil ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Birliyi (AB), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) həmişə antiazərbaycan lobbisi olub. Sadəcə olaraq indi sülh prosesinə dəstək verməyə çalışırlar. Çünki Rusiya, Brüssel və Vaşinqton platforması arasında rəqabət gedir. Antoni Blinken də son zamanlar telefon diplomatiyasından istifadə edərək Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini alqışlayır. Amma Kollektiv Qərbin istəyi barışıq prosesini üzərlərinə götürməklə, Rusiyanı məsələdən təcrid etməkdir. Proseslərin sonunda avropalı və amerikalıların hansı oyunbazlıq törətməsi bəlli deyil. Qarabağı könüllü şəkildə tərk edən ermənilərin kollektiv gedişi təxribat xarakterli addım idi. Onların müqəddaratı ərtafında məsələlər gedir. Amerika Birləşmiş Ştatlarının səfiri də Ermənistanda oturaraq həmin ermənilərin məcburi köçkün yaxud da könüllü şəkildə ərazini tərk etməsi ətrafında fikir mübadiləsi aparır. Qərbin Azərbaycan və Ermənistan münasibətindəki mövqeyi heç də sağlam deyil. Qərb 30 illik işğal dövründə heç zaman Ermənistanın haqsızlığına səs çıxarmadı. Ona görə onların, niyyəti xoş deyil və siyasi etiket naminə səmimiyyət göstərirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
50
Mənbələr
Şərh ()
Bağla