AZ

İrəvan hökuməti qərarlıdır:  Etirazlar sülh prosesini poza bilərmi?

Ermənistanın müxtəlif regionlarında günlərdir etiraz aksiyaları keçirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, etirazçılar Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyənləşməsi prosesinə narazılıq edir, bunu "erməni torpaqları"nın verilməsi kimi təqdim edirlər. Mitinq iştirakçıları “Hamısını verək, dinc yaşayaq!”, “Sus, qoy, hamısını versin!”, “Bu, təkcə Tavuşun deyil, bütövlükdə erməniliyin və Ermənistanın problemidir!” və s. şuarlar səsləndirirlər.

Etirazçılar arasında keçmiş prezidentlər Serj Sarqsyan və Robert Koçaryanın başçılıq etdiyi partiyaların nümayəndələri də var. Etirazların təşkil edilməsində revanşistlərlə yanaşı, erməni kilsəsi də önəmli rol oynayır.

Qeyd edək ki, Azərbaycanın həmin torpaqları Ermənistandakı keçmiş iqtidarların dövründə işğal olunub və oraya qanunsuz olaraq ermənilər köçürülüb. Görünür, keçmiş iqtidarlar öz qanlı cinayətlərinin üstünü ört-basdır etmək üçün etirazları körükləyirlər. Keçmiş prezidentlər barəsində cinayət işləri başlandığından, hökumətə, delimitasiya prosesinə qarşı çıxırlar. Nikol Paşinyanı torpaq satmaqda ittiham edirlər. Halbuki, Paşinyan etirazçılarla görüşündə bildirib ki, rəsmi İrəvanın Ermənistan sərhədlərindən kənarda ərazi iddiası yoxdur.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistandakı etiraz aksiyalarını təşkil edənlərin məqsədi sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesi tormozlamaqdır.

Ekspertin sözlərinə görə, bu məsələdə həm daxili, həm də xarici faktorlar önəmli rol oynayır:

"Daxili faktor odur ki, daxildəki revanşist qüvvələr, Paşinyana qarşı müxaliflər Azərbaycanla sülh prosesini mümkün qədər ləngitməyə çalışırlar. Xaricdəki dairələr daha fərqli mövqe tuturlar, onlar ümumiyyətlə, tərəflər arasında sülhün əldə olunmasını, Cənubi Qafqazda sabitlik olmasını istəmirlər. Ancaq həmin qüvvələrin nəyisə bacaracaqları mümkünsüzdür. Çünki görünən odur ki, İrəvan hökuməti də artıq sülh prosesinin irəliləməsində qərarlı və istəklidir. Ölkə daxilində baş verən etirazlara qarşı sərgilənən sərt mövqe də bunu deməyə əsas verir”.

Samir Hümbətov:

Müsahibimiz hesab edir ki, etirazlar bir neçə gün davam edə bilər, amma Paşinyan hökuməti nəzarəti ələ almaqda, sabitliyi təmin etməkdə o qədər də çətinlik çəkməyəcək. S.Hümbətov o baxımdan kiçik miqyaslı etirazların sülh prosesinə zərbə vuracağına, gedişatı pozacağına inanmır:

“Sərhədlərin dəqiqləşməsi istiqamətində aparılan demarkasiya ara-sıra müəyyən problemlər üzə çıxsa da tədricən davam etdiriləcək".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
50
Mənbələr
Şərh ()
Bağla