AZ

“SOCAR Polymer”in ixrac gəlirləri 26%-dən çox azalıb

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Polymer” MMC 56,4 milyonABŞ dolları dəyərində məhsul ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrün ilə müqayisədə 20,4 milyon ABŞ dolları və ya 26,6 % azdır.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
9
Mənbələr
Şərh ()
Bağla