AZ

"Azəripək" MMC-nin ixrac gəlirləri 16 %-dən çox azalıb

Bu ilin birinci rübündə “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəripək” MMC 291,8 minABŞ dolları dəyərində məhsul ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,4 min ABŞ dolları və ya 16,4 % azdır.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
apa.az

10Mənbələr