AZ

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə Baş direktoru Gürcüstana səfərə gələcək

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə Baş direktoru Gert Yan Kupman Gürcüstana səfərə gələcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, 1-2 may tarixlərində baş tutacaq səfər çərçivəsində hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə Aİ və Gürcüstan arasında əməkdaşlıq əlaqələri, həmçinin namizəd statusu ilə əlaqədar tamamlanmalı olan 9 addımla bağlı müzakirələr aparılacaq.

Gert Yan Kupmanın Aİ tərəfindən maliyyələşdirilmiş bir sıra layihələrin açılışında da iştirak edəcəyi qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
34
Mənbələr
Şərh ()
Bağla