AZ

AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Gert Yan Kupman rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AK rəsmisi sosial şəbəkədə bildirib.

“Azərbaycanın iqtisadiyyat, ekologiya və nəqliyyat nazirləri ilə yaşıl enerji, əlaqə, minatəmizləmə, COP29 və daha çox məsələləri müzakirə etdim. Güclü əməkdaşlıq Aİ-Azərbaycan prioritetlərinin həyata keçirilməsi üçün əsasdır”, – o qeyd edib.

Görüşlərdə həmçini “biznes mühiti üçün vacib olan sülh prosesi və insan haqları” ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
34
operativmm.az

10Mənbələr