AZ

AQTİ vakansiya elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) proqramçı vəzifəsi üzrə ixtisaslaşmış mütəxəssisləri işə dəvət edir.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, namizədlərdən tələb olunan bilik və bacarıqlar aşağıdakılardır:

C# (orta səviyyə);

MVC (orta səviyyə);

HTMLCSSJS (orta səviyyə);

API (orta səviyyə);

Oracle (PLSQL);

OOP prinsipləri;

Multi-Layered Arxitektura;

Öyrənməyə açıq və araşdırma bacarığı;

Analitik düşünmə və problem həll etmə bacarığı;

Komanda ilə işləmə bacarığı.

 

Namizədlərin vəzifə öhdəlikləri:

Mövcud proqram təminatlarına dəstək göstərilməsi;

Xəta və problemlərin aradan qaldırılması;

Verilən texniki tapşırığa əsasən yeni modulların yazılması.

 

İşə qəbul müsahibə əsasında aparılacaq. Tələblərə cavab verən namizədlər CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər.

 

CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
aztibb.az

1Mənbələr