Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma baş tutacaq.
“Bavariya” azarkeşləri önündə “Real”ı qəbul edəcək. Münhendə keçiriləcək görüşə saat 23:00-da start veriləcək. Cavab görüşü bir həftə sonra Madriddə olacaq.
UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi, ilk oyun
30 aprel
23:00 Bavariya (Almaniya) – Real (İspaniya) Baş hakim: Kleman Türpin (Fransa)