AZ

Ukrayna Silahlı Qüvvələri Krıma hücum edib..?

...Müvəqqəti olaraq işğal olunmuş Krımda, aprelin 29-da axşam saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə yerli Telegram kanalları məlumat yayıb.

İnternetdə yazdıqları kimi, müvəqqəti işğal olunmuş yarımadanın qərb hissəsində yerləşən Tarxankut burnu üzərində hava hücumundan müdafiə vasitələri işə başlayıb. Qeyd edək ki, bir gün əvvəl Rusiyanın ictimai səhifələri burnunda hava hücumundan müdafiə bölmələrinin hücuma məruz qaldığını yazmışdı.

Maraqlıdır ki, Ukrayna rəsmiləri bu məlumatı şərh etməyiblər.

Bəzi rus saytlarının yazdığına görə, ruslar,Tarxankut burnunda “Bastion” sahil raket sistemi və “Pantsır-S1” zenit-raket və silah sistemi yerləşdiriblər.

Nazlı

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla

Reytinq