"Threads" Türkiyədə bağlandı
Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb.
Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur.
Belə ki, tətbiq "Meta" şirkətinə məxsus instaqramdan yeni istifadəçinin məlumatlarını avtomatik götürür.