AZ

Mayın sonuna kimi Aİ daxil olan bir neçə ölkə Fələstinin müstəqilliyini tanıyacaq

Bir sıra Avropa İttifaqı ölkələri mayın sonuna qədər Fələstini müstəqil dövlət kimi tanımaq niyyətindədir. Bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyası çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

Hazırda Fələstin Rusiya da daxil olmaqla BMT-yə üzv olan 193 ölkədən 140-ı tərəfindən müstəqil dövlət kimi tanınıb. Avropa dövlətləri arasında Fələstinin müstəqilliyini Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tanıyır. Bundan əvvəl İrlandiya, İspaniya, Norveç və Sloveniya hakimiyyətləri Fələstini tanımaq niyyətlərini bəyan etmişdilər.
 
Aygün

www.anews.az
Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla