AZ

Borrel: “Bir neçə Avropa ölkəsi Fələstini tanıya bilər”

“Bir sıra Avropa İttifaqı ölkələri may ayının sonuna qədər Fələstini müstəqil dövlət kimi tanımaq niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyası çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

Lakin, Avropa diplomatiyasının rəhbəri həmin ölkələrin adlarını dəqiq açıqlamayıb.

Hazırda Fələstin BMT-yə üzv olan 193 ölkədən 140-ı tərəfindən müstəqil dövlət kimi tanınıb. Avropa dövlətləri arasında Fələstinin müstəqilliyini Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tanıyır. Bundan əvvəl İrlandiya, İspaniya, Norveç və Sloveniya hakimiyyətləri Fələstini tanımaq niyyətlərini açıqlayıblar.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
konkret.az

2Mənbələr