”Yuventus” və “Roma” Çarli Patinonu transfer etmək istəyir.
İdmanxeber.az məlumat verir ki, müqaviləylə “Arsenal”a məxsus olan 20 yaşlı oyunçu hazırda icarə əsasında “Suonsi”də çıxış edir.
O, bu mövsüm Çempionşipdə 32 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə oyunçunun dəyəri 10 milyon avrodur.