AZ

"Qalatasaray"dan transfer bombası - Dünya ulduzu gələ bilər

"İnter"in futbolçusu Aleksis Sançes karyerasını Türkiyədə davam etdirə bilər.
Manset.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, bu mövsüm "İnter"də istədiyi qədər oynaya bilməyən Sançes mövsümün sonunun da komandanı tərk edəcək. Onun üçün hazırda ən real variant "Qalatasaray"dı. Çilili ulduzu Braziliya və Argentina klubları da istəyir. Amma o, özü Avropada qalmaq və Çempionlad Liqasında oynamaq istəyir. Bu səbəbdən də ən real namizəd "Qalatasaray"dı. Qeyd edək ki, Sançes əvvəllər "Arsenal", "Mançester Yunayted", "Barselona" və "Marsel" kimi klublarda çıxış edib.  Jalə

Manşet.az

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla