AZ

İsrail döyüş təyyarələri Rafahda mülki əhalinin yaşadığı evi vurdu- Ölən və yaralılar var

İsrail döyüş təyyarələri Rafahda mülki əhalinin yaşadığı evi vurub.   Bu barədə Manset.az Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinadən xəbər verir.  İlkin məlumata görə, hücumda 3-ü qadın olmaqla 4 nəfər ölüb. İsrail ordusunun bu gün Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 5-i uşaq, 10-u qadın olmaqla 25-ə yüksəlib. Digər tərəfdən, şahidlərdən alınan məlumata görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat Qaçqınlar Düşərgəsinin qərbindəki əkinçilik sahələrini və Zawayde bölgəsinin qərbindəki mülki yaşayış məntəqələrini bombalayıb. Jalə

Manşet.az

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla

Reytinq