Gürcüstan Parlamentinin Hüquq Komitəsi "xarici agentlər" haqqında qanun layihəsinn ikinci oxunuşda qanunverici orqanın müzakirəsinə çıxarılmasını dəstəkləyib.
APA-nın yerli mətbuata istinadən xəbərinə görə, müvafiq qərar komitənin iclasında qəbul olunub.
Bildirilib ki, sənədin qəbulu qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin xaricdən maliyyələşməsində şəffaflığı təmin edəcək.